Lənkəran sakinindən heroin, metamfetamin və bıçaq götürüldü
    • 15-06-2021, 12:31
    • 367

Lənkəran sakinindən heroin, metamfetamin və bıçaq götürüldü

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Lənkəranda əməliyyat keçirib. 

News24.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini V.Əbdulovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.