Goranboy sakinindən odlu silah götürüldü
    • 15-06-2021, 13:09
    • 315

Goranboy sakinindən odlu silah götürüldü

Goranboy sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayon sakini S.Salmanovun idarə etdiyi “UAZ-452A” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.