Daha bir ictimai çimərlik məişət tullantılarından təmizləndi - Fotolar
    • 15-06-2021, 13:20
    • 553

Daha bir ictimai çimərlik məişət tullantılarından təmizləndi - Fotolar

Azərbaycan Diplomatik Akademiyası, Ekologiya va Təbii Sərvətlər Nazirliyi, "Az Ekol" və Sumqayıt şəhər Təmizlik Deprtamenti"nin dəstəyi ilə Xəzərin dəniz kənarının məişət tullantılarından təmizlənməsi aksiyası keçirilib.

News24.az xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı Niyal Qəhrəmanova məlumat verib. O bildirib ki, aksiya 12-13 iyun Novxanı qəsəbəsinin ictimai çimərliklərindən birində baş tutub. 

Tədbirin məqsədi dəniz kənarının təmiz saxlanılmasının təbliğatı, məişət tullantılarından qorunması, gənc nəsli ətraf-mühiti qorumağa cəlb etməkdir.