-
- 15-06-2021, 18:29
- 855
"Burnumun ucu göynəyir senin üçün, Ata!" - İradə İbrahimova
Müğənni İradə İbrahimova vəfat edən atası barədə sosial şəbəkədə status yazıb.
News24.az xəbər verir ki, ifaçı paylaşımını bu cür şərh edib: "Bu həyat mənə heç kim senin, mənim, onun həqiqətdə nə yaşadığını bilmədiyini öyrətdi. Payız, qış ayları mənim həm ən dəyərlilərimin dünyaya gəldikləri, dünyadan sonsuza qədər köçdükləri aylardır. Həyata necə baxmağımız çox vacibdir, çünki alan da, verən də birdir, təkdir, odur. Şükür məsləhətinə. Kim nə istəyir desin, amma həyat yaşayaraq öyrənilir və bunu yaşayan bilir. Nə deyim, heç bilmirəm. Burnumun ucu göynəyir senin üçün, Ata! Həyatınızda çox dəyərli olduğunu hiss etdiyiniz hər kəsi qucaqlayın, qoxusunu çəkin içinizə, çünki varlığımız sonsuzadək deyil. Əbədi dünyaya köçən bütün ölmüşlərimizə, Allah rəhmət eləsin! Allah sıralı ölüm versin".