-
- 12-09-2019, 10:42
- 1 456
"Əllərin dərd görməsin, deməyəcəm..."- İRADƏ İBRAHİMOVA
Azərbaycanın tanınmış müğənnisi, hazırda Türkiyədə yaşayan İradə İbrahimova son zamanlarda sosial şəbəkədə aktivlik nümayış etdirir.
News24.az xəbər verir ki, İbrahimova sonuncu paylaşımında üç nəsili bir araya toplayaraq xatirə şəkili çəkdirib.
O, fotonun şərh bölməsində: "Üç nəsil bir yerdə. Mənə oxumağı, yazmağı düşünməyi və başa düşmək sevgisini aşılayan, Anam. Canım, gözəl Anam, uzun, sessiz gecələrdəki tək rəfiqəm, dostum. Səssizliyinlə özün də bilmədən mənə çox şey öyrətdin. Əsas səbri, sözün çox dəyərli, gözəl olduğunu, boş yerə xərcləməməyi, alıb-verdiyimiz nəfəsimiz qədər qiymətli olduğunu öyrətdin. Etiraf edirəm, səbrini daha çox sevdim. Səbrinlə mənə "səbr insanı böyüdür, yetkinləşdirir, tərbiyə edir və öyrədir"i öyrətdin. Canım anam, əllərin dərd görməsin deməyəcəm, çünki bilirəm çox dərd gördü. Sənin kimi bir valideynim olduğu üçün hər zaman qürur duydum, güclü oldum.
Həyat göründüyü kimi deyil. Görə bilənlərə həyat hər an bir şeyler öyrədir. Qucaqlayın əzizlərinizi. Qucaqlamaq azdı, basın bağrınıza. Allah bütün analara sağlıqlı uzun ömür versin. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin" deyə qeyd edib".
Sevda Bayramova