"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır" - FƏDAYƏ LAÇIN
    • 1-12-2020, 11:14
    • 732

"Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır" - FƏDAYƏ LAÇIN

Müğənni Fədayə Laçın ata yurdu Laçının düşməndən azad edilməsi ilə bağlı sevincini bölüşüb.

News24.az
xəbər verir ki, o, təəssüratlarını "İnstagram"da yazıb: "Gözlərimiz aydın olsun, Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın, İnşallah. Allahım, bu günləri bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, çox şükür. Məhəbbətin və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır. Bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə can sağlığı versin".

Sevda Bayramova