DSMF-nin əhaliyə ödənişləri 5,1% artıb
    • 17-06-2021, 12:17
    • 608

DSMF-nin əhaliyə ödənişləri 5,1% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2021-ci ilin yanvar-may aylarında  da davam edib.

DSMF-dən News24.az-a verilən məlumata görə, həmin dövrdə Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 142,8 mln. manat artaraq 2 302,1 mln. manat olub.

DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,4% (118,8 mln. manat) artaraq, 1 527,7 mln. manat təşkil edib.

Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5,1% artaraq 2 012,8 mln. manat olub.