Ölkə tarixində belə seçki pozuntuları olmamışdı - "Ermənistan" bloku
    • 20-06-2021, 11:43
    • 455

Ölkə tarixində belə seçki pozuntuları olmamışdı - "Ermənistan" bloku

"Ermənistanın Mərkəzi Seçki Komissiyası bir gün əvvəl "Vətəndaş müqaviləsi" Partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut gününün pozulması ilə bağlı xəbərdarlıq edib".

Bu barədə "Ermənistan" seçki blokunun bəyanatında deyilir.
“Qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniyası zamanı göstərilən təbdir yalnız bu partiyaya tətbiq edilib.
Dünəndən müxtəlif yerlərdə "Ermənistan" seçki blokunun liderlərinin ünvanına təhqiredici və nifrətdolu materialları yaymağa başlayıblar. Bizim məlumatlarımıza görə, bu biabırçı proses hakimiyyətdən gedən hökumətin icazəsi ilə Soros kimi təşkilatlar tərəfindən təşkil edilib. Bundan başqa, bu dövrdə "Respublika" Partiyasının plakatları açıq qanun pozuntusu ilə yerləşdirilib.

Biz həmçinin dünəndən indiyə qədər "Ermənistan" blokunun ərazi qərargahları üzvlərinin polis tərəfindən yanlış xəbərçiliklər üzrə, şübhəsiz əsaslarla saxlanılmaları barədə informasiya aldıq. Bu xəbərçiliklərin məhz Soros təşkilatı tərəfindən təşkil edilməsini güman etməyə əsaslar var.
Ermənistanın tarixində belə seçki pozuntuları olmayıb. Biz bütün beynəlxalq təşkilatların davam edən qanun pozuntularuna seyrçi missiyalarına diqqət yetiririk".

Blok rəhbərliyi polisə müraciət edərək, baş verən qanun pozuntularını aradan qaldırmağa çağırıb.
“Əks təqdirdə hesab edəcəyik ki, proses hakimiyyət tərəfindən təşkil edilib və yönəldilib", - bəyanatda bildirilir. /Report/