May ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlandı
    • 21-06-2021, 09:46
    • 419

May ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlandı

2021-ci ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 108 min nəfərdən çox olub. Bunun 11,9 faizini kişilər, 88,1 faizini isə qadınlar təşkil edib.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.