Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI
    • 26-05-2021, 09:44
    • 398

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI

2021-ci ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan News24.az-a verilən məlumata görə, onlardan 96,7 min nəfərdən çoxu yaşa görə, 16,9 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır