-
- 21-06-2021, 15:42
- 1 262
"Övladlarım, ərim olduğunu heç kimin gözünə soxmuram" - HÜSNİYƏ MƏHƏRRƏMOVA-VİDEOMÜSAHİBƏ
Sərbəst, özgür, bəlkə də bir az üsyankar, asi... Hətta bəzi hallarda dili başına bəla olan. Amma məhz bu cəhətlərinə görə sevilən, digərlərindən fərqlənən Hüsniyə Məhərrəmova. Zahiri görünüşü də təbiəti kimidir. Aşırı qısa saç düzümü, oğlansayaq, rəngbərəng, bəzən göy, bəzən yaşıl...
Efirdə səsləndirdiyi fikirlər kimi rəngarəng, fərqli və təkrarsız.
Geyimləri də eynən. Bəzən çox şıltaq uşaq təsiri bağışlayan sarafanlar, bəzən də “məndən yoxdur” mesajı verən uzun libaslar.
Bir sözlə, kimsəyə bənzəməməyə çalışan aparıcı, yenilikçi düşüncəli prodüser.
News24.az-a müsahibəsində də oxucularına bu ovqatı çatdırmağa, olduğu kimi görünməyə çalışdı:
- Televiziyadan uzaqlaşmağıma səbəb nə olduğunu özüm də bilmirəm. Televiziyadan 2014-cü ildə ayrıldım və uzun müddət aparıcı kimi çalışmadım. Profilimi dəyişib prodüserliklə məşğul oldum, böyük layihələrdə çalışdım. Gördüm, bu iş mənə daha maraqlıdır. Daha sonra bir müddət yenə aparıcılıq elədim, dövlət televiziyasında bir şou apardım. Amma ordan ayrılandan sonra elə bir yaxşı verilişə təklif almadım. Olsa idi, yəqin razılaşardım. Çünki karantində efir üçün çox darıxmışdım. Düzünü deyim, aparıcılıq artıq mənim üçün hobbi olmuşdu. Harasa aparıcı kimi dəvət olunanda mızıldanırdım, həvəssiz gedirdim. Amma karantində efir, işıq, kameralar, o ab-hava üçün çox darıxdım.
- Televiziya təcrübəsi olan biri kimi deyə bilərsinizmi hazırda efirlərdə nə çatışmır?
- Bu, bir az qəliz məsələdir. Qısa danışmaq olmur. Hər dəfə bu sualı mənə verəndə fikirlərimi ard-arda düzüb onu iki-üç kəlmə ilə necə ifadə edəcəyimi düşünürəm. Ümumiyyətlə, Azərbaycan teleməkanındaa hazırda müsbət dinamika var. Belə davam etsək, kənardan da bir az da kömək olsa, uzun illər olduğumuz bataqlıqdan çıxa bilərik. Yalnız yaxşı rəhbər olduqda işlər düzəlir.
- “Bataqlıq” deyəndə nəyi nəzərdə tutursunuz?
- Bu illər ərzində insanlar televiziyada, ümumiyyətlə, media və prodakşn sahəsində o qədər irəliləyiblər ki, biz onlara baxanda elə bil orta əsrlərdə qalmışdıq. Misal üçün, xaricə ölkəyə gedəndə otellərdə telekanallara baxırsan, keyfiyyətli görüntü, peşəkar yayım. Sonra kanalı bizim televiziyalara dəyişəndə elə bil, videokassetlərə çəkilmiş görüntülərə baxırsan. Televiziya texniki və yaradıcı tərəfdən ibarətdir. Onları peşəkar şəkildə birləşdirəndə ortaya yaxşı iş çıxır. Bizdə hər ikisi axsayırdı. İndi də axsaqlıqlar çoxdur, amma onu həll edən adamlar var və onlar yavaş-yavaş bu çatışmazlıqları aradan qaldırmağa çalışırlar.
- Başlatdığınız “1AzTV” verilişinin hazırkı səviyyəsi sizi qane edirmi? Çünki sizdən sonra verilişin aparıcıları bir neçə dəfə dəyişdi.
- Sözün açığı, o verilişin indiki səviyyəsi məni maraqlandırmır. Mən o layihədən ayrılandan sonra heç bir buraxılışına baxmamışam. Veriliş nümayiş olunursa, demək, vəziyyət o qədər də pis deyil. Amma onun fəaliyyətini davam etdirməsi yaxşıdır anlamına da gəlmir.
- Bir neçə dəfə “Eurovision”un Azərbaycan nümayəndəliyinə rəhbərlik etmisiz. Sizcə, bu vaxta qədər qalib olmasa da, uğurlu seçimimiz kim olub?
- Mən uzun müddən bu işin içində olmuşam deyə, söyləyəcəyim fikir subyektiv görünəcək. Çünki iştirakçıların bir çoxu ilə yaxın olmuşam, dostam. Safura, Elnur, Samir... Elnurun ikinci çıxışı ən yaxşılardan biri idi. Hərçənd ki, səhnəsində müəyyən əskikliklər var idi. Diana Hacıyeva, öz dövrünə görə Səmra da yaxşı idi və bir də Çingiz. Çingizin çıxış etdiyi il mən çalışmışam deyə tərifləmək istəmirəm. Onun çıxışı doğrudan da çox peşəkar idi.
- Əfəndinin bu il birinci yerə çıxacağına Avropa dinləyiciləri çox inanırdı. “YouTube” və digər sosial şəbəkələrdə də reaksiyalar müsbət idi...
- Onu hamı deyir, amma mən rast gəlməmişəm. “The Times”, “Guardian” kimi böyük media qurumları o qədər də xoşagələn yazılar dərc etməmişdilər.
- Bukmeykerlər isə əksinə, Əfəndini 20-21-ci yerlərə layiq görmüşdülər. Bəs sizcə, 20-ci yerdə qərarlaşmağımıza səbəb nə oldu?
- Bəziləri yarışmanı çox siyasiləşdirirlər. Deyirlər ki, bizimkilərin çıxışında gərəkli siyasi məqamlar yoxdur, ona görə şansımız az idi. Demirəm, haqsızdırlar. “Eurovision”da siyasi məqamlar yoxdur desək, yalan danışmış olarıq. Amma söylənildiyi qədər də deyil. Əgər sənin mahnın, səhnən gözəldirsə, heç bir siyasi yanaşma onu onluqdan sala bilməz. Azərbaycan, yanılmıramsa, 14 ildir bu yarışmaya qatılır. Hər il hamımız da onu izləyirik. Buna görə etiraf edək ki, əgər mahnı, səhnə gözəldirsə, o zaman ən pis halda onluqda yer ala bilərsən.
- Sosial şəbəkələrdə bir fikir də səslənirdi, Azərbaycan ya bu müsabiqəyə qatılmasın, ya da yarışmada iştirak edən bir çox ölkələr kimi, ora cinsi azlığın nümayəndəsini göndərsin.
- Səhnəmizə, şou-biznesimizə baxsaq, cinsi azlıqları sıxışdıran, homofob ölkə olduğumuz sayılmaz. Ona görə də, bu fikrin niyə gündəmə gəldiyini başa düşmürəm. Digər tərəfdən, yarışmada iştirak etməliyik, ya etməməliyik, bu, ritorik sualdır. Edə də bilərik, etməyə də. Bizi buna heç kim məcbur eləmir. Əgər etməyəcəyiksə, o zaman möhtəşəm bir çıxışla yarışmadan getməliyik. Belə çıxışlarımız olub və biz getməmişik. İndiki vaxtda, mənə elə gəlir, getməyimiz düzgün olmaz. Əvvəla ona görə ki, sonuncu çıxışımızı uğurlu hesab etmirəm. Düşünürəm ki, Azərbaycan çox zövqlü, güclü bir ifa, mahnı və nömrə ilə son akkordu vurub sonra bu yarışmadan uzaqlaşa bilər. İkincisi isə, getməməlidir, ona görə ki, “Eurovision” Azərbaycanda fəaliyyət göstərən ifaçılar üçün ən böyük səhnədir. Böyük səhnəni, auditoriyanı hiss edə biləcəkləri məkandır. Onları bu imkandan məhrum etmək doğru deyil.
- 2020-ci ildə Böyük Vətən Müharibəsində qələbə qazandıq. Necə düşünürsünüz, “Eurovision” səhnəsində Qarabağla bağlı səhnə və ya mahnı ilə çıxış edə bilərdikmi?
- Səhnədə sırf Qarabağ haqqında oxumağı məsləhət görməzdim və hesab edirəm ki, bu, doğru olmazdı. Çünki onun yeri deyildi. Amma Avropanın ən böyük auditoriyası olan bu səhnədən istifadə edib hansısa mesajı çatdırmamağı da, böyük səhv hesab edirəm. Səhv etmirəmsə, yarışmanı 200 milyondan çox insan izləmişdi. Bu haqlı savaşda biz evimizə - Qarabağa döndük, torpağımızın işğaldakı parçasını geri aldıq, hazırda bütövük. Murad Arifin də dediyi kimi, ev haqqında hər hansısa mesajı ötürmək mütləq lazım idi. Çünki əlimizdə belə bir fürsət var idi. Özümüz də bilirik ki, dünya bu gün Azərbaycanı da, qalibiyyətimizi də birmənalı qəbul etmir. Ermənilər əllərinə balaca da olsa fürsət düşən kimi ondan məharətlə istifadə edirlər. Biz də bu fürsətdən çox diplomatik, incə, gözə girmədən yararlana bilərdik.
-Yəni “Mata Hari” bu il üçün uğursuz mahnı idi, eləmi?
- “Mata Hari”ni çox zövqsüz, müasir musiqi tendensiyasından geridə qalmış mahnı hesab edirəm. Bu tip mahnılar “Eurovision” səhnəsində illər öncə də olub, indi də var. Dəbdən düşmüş tərzdə mahnıya müraciət etmək nəyə lazım idi, mən onu anlamadım. Bir daha qeyd edim ki, bunlar mənim düşüncələrimdir, kimsə razılaşmaya da bilər. Hər kəsin bu məsələ ilə bağlı öz fikirləri var. Mata Harini nə qədər ətrafında əfsanələr, tarixçələr uydurub yüksək yerə qaldırmaq istəsək də, layiqli deyildi.
- Çoxları Əfəndi (Samirə) ilə küsülü olduğunuzu deyirlər. Deyilənlər doğrudurmu?
- Çox nahaq belə deyirlər. Kim edirsə çox pis edir. Mənim nə Samirə, nə də şou-biznesdə heç kimlə konfliktim olmayıb. Samirəni hər zaman istedadlı ifaçı hesab etmişəm. Buna görə də, onun üçün ürəyim yanır. Bu qədər istedadlı bir ifaçını belə vulqar bir obrazda səhnəyə çıxarıb Avropaya təqdim etmək, çox yanlış idi.
- Bakı Olimpiya Stadionu ilə əməkdaşlığınız niyə bitdi?
- Mənim çox pis xasiyyətim var. Evdə həmişə bu cəhətimi irad tuturdular. Mən də inciyirdim ki, niyə valideynlərim başqalarının ata-anası kimi məni tərfiləmirlər. Səbəbini indi başa düşürəm. Anlayıram ki, düz ediblər.
Hazırda üç biznes ideyasını gerçəkləşdirmək üçün çaılşıram. Onun biri alınıb və uğurludur. İkincisi üzərində çaılşıram və indi artıq üçüncüyə başlamaq istəyirəm. Nəyisə başlamaq və yaratmaq mənə həddən artıq maraqlıdır. Mən bunu edirəm, düşüb-qoşuram, amma iş stabilləşəndə marağım ölür, həyatım boz rənglənir. Həmin vaxt özümə yeni məşğuliyyət tapmasam, həyatım maraqsızlaşır. Stadionda çox maraqlı, gənc kollektivlə çalışırdıq. Amma o da hansısa bir həddə çatdı və gördüm ki, yox...
Burada həm bu xasiyyətim, həm də azadlıq sevməyim rol oynayır. Başa düşdüm ki, mən artıq kimləsə və ya kiməsə işləyə bilmirəm. Həm də öz baxışıma uyğun nələrsə yaratmaq istəyirdim.
- Deyirlər, “saçlarınız zəif yerinizdir”, hansısa layihə üçün imicdə dəyişiklik etmək, məsələn, saçınızı uzatmaq lazım gələrsə, razılaşarsınız?
- Saç məsələsini mənim ətrafımda olanlar çox şişirdirlər. Layihə üçün obraza girmək lazım olsa, əlbəttə, edərəm. Amma həyatda komfort deyilən bir şey var. Birincisi, uzun saç mənə yaraşmır. İkincisi, həyat tərzimə uyğun deyil. 8-ci sinifə qədər iki hörüklə gəzmişəm. 8-ci sinifdən sonra saçlarımı kəsdim və yaşıl rəngə boyadım. O gündən də belə davam edir.
Mən özümü heç vaxt gözəl qadın hesab etməmişəm. Amma uzun saçlı qızlar var ki, özlərini gözəllik ikonası zənn edirlər. Amma saçlarını kəsəndə görürsən, aman Allah, nə qədər qüsuru üzə çıxdı. Uzun saçlar bu qüsurları ört-basdır edirmiş. Deməyim odur, uzun saç gözəllik deyil, qısa saçla da gözəl olmaq olar.
- İki övladınız var, amma çoxları sizi subay bilir...
- Gizlətmirəm. Sadəcə, gözə soxmuram ki, mənim iki övladım, ərim, ailəm var. Belə şeylərdən uzağam. Hazırda çox tanınmış blogerlər var və onların yaxşı da gəlirləri olur. Bu blogerlərin fəaliyyətini bir az araşdırdım. Bilmək istəyirdim ki, onların məşhur olmasının səbəbi nədir. Baxım ki, əksəriyyəti şəxsi həyatlarını açıb ortaya tökürlər. İnsanlar da kiminsə həyatı ilə yaşamağı çox sevirlər. Bilmirəm, bəlkə də özlərində olmayanı onların həyatında tapırlar. Bütün dünyada belədir ki, başqalarının həyatı daha maraqlı gəlir. İnsanlar kiminsə ailəsinə burnunu soxmağı, onu izləməyi çox sevirlər.
Amma mən görəndə ki, kimsə daha çox şəxsi həyatını nümayiş etdirir, o adamı izləmirəm. Başqasının həyatı mənə maraqlı olmadığı üçün, düşünürəm ki, mənim də həyatım heç kəsə maraqlı olmalı deyil.
Teymur Məmmədov
Video: Fərid Şabanov, Hüseyn Həsənov