İTV-dən ayrıldığı deyilən Leyla Quliyeva DANIŞDI
    • 12-03-2020, 18:31
    • 2 224

İTV-dən ayrıldığı deyilən Leyla Quliyeva DANIŞDI

Tanınmış aparıcı Leyla Quliyeva İctimai Televiziyadan ayrılmasına münasibət bildirib.
 

News24.az-a açıqlama verən aparıcı yerli media saytlarında onun sözügedən televiziyadan ayrılması ilə bağlı yazılan bəzi məlumatların doğru olmadığını bildirib:  "Mənim televiziyadan getməyim haqda yayılan xəbərlərin bir qismi doğru, bir qismi isə yanlışdır. Hazırda İctimai Televiziyada bununla bağlı danışıqlar gedir. Tezliklə düzgün və rəsmi açıqlama yayılacaq. Yalnız onu deyim ki, mən vəzifədən imtina etmişəm, amma telekanalda fəaliyyətim davam edir. Ən azından "Səs Uşaqlar" və "Eurovision"da varam".
 
Sevda Bayramova