Azərbaycanlı aparıcı İsraildəki bahalıqdan şoka düşüb - VİDEO
    • 12-03-2019, 18:29
    • 1 790

Azərbaycanlı aparıcı İsraildəki bahalıqdan şoka düşüb - VİDEO

Aparıcı Hüsniyə Məhərrəmova hazırda İsrailin Tel-Əviv şəhərindədir.

News24.az xəbər verir ki, aparıcının səfərinin məqsədi “Eurovision 2019” mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərlərinin görüşü ilə bağlıdır.
H. Məhərrəmova şəxsi instagram hesabında video yayımlayaraq İsraildəki bahaçılıqdan şikayətlənib:

“Bura o qədər yaxşıdır ki, isti hava, dəniz, yaraşıqlı oğlanlar - bir sözlə hər şey əladır. Sadəcə qiymətlər çox bahadır. Bir ədəd gürcü xəngəli 5, bir qədəh şərab isə 15 dollardır. Ötən gün isə bir salat və kofeyə 30 dollar verdik. Amma buna baxmayaraq, hər şey çox yaxşıdır”.