-
- 21-06-2021, 19:07
- 760
Azərbaycan kikboksçusu beynəlxalq turnirin qalibi oldu
Daşkənddə peşəkarlar arasında kikboksinqin WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib.
News24.az xəbər verir ki, Yarışda "Neftçi İdman Klubu”nun yetirməsi - Avropa çempionu, dünya kubokunun qalibi, dünya çempionatının mükafatçısı Ruslan Musayev (67 kq) uğurla çıxış edib.
Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçu inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə qazanıb və yarışın qızıl medalına sahib olub.
"Neftçi İdman Klubu"nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu qələbə münasibətilə kikboksçunu qəbul edərək təbrik edib və ona gələcək yarışlarda uğurlar diləyib.
Qeyd edək ki, Ruslan Musayev indiyədək keçirdiyi 13 peşəkar döyüşün 11-dən qalib ayrılıb. /report.az