-
- 7-06-2019, 14:49
- 1 268
İdmançımız Dünya kubokunun SAHİBİ OLUB
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 32 ölkədən 700-dək idmançının qatıldığı bu mötəbər yarışda ölkəmizin milli komandası da iştirak edib.
Komandanın tərkibində qələbə uğrunda mübarizə aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, növbəti dəfə Dünya kubokunun sahibi olub.
Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, qarışıqdöyüş növləri üzrə dünya, Avropa, Asiya və Grand Prixe Qafqaz yarışlarının çempionu, polis mayoru Aydın Həşimov hazırlayıb.
Qeyd edək ki, A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustasıdır. O, kik-citsu üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına da layiq görülüb.
DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki,Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəflini və onun məşqçisini qəbul edərək təbrik edib, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.