Qazax sakinində narkotik vasitə aşkarlandı
    • 23-06-2021, 09:06
    • 539

Qazax sakinində narkotik vasitə aşkarlandı

Qazax rayon sakinində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Cabir Əliyev rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.