Baydeni ölümlə hədələyən şəxs saxlanıldı
    • 23-06-2021, 09:22
    • 314

Baydeni ölümlə hədələyən şəxs saxlanıldı

ABŞ-ın Oklahoma ştatında prezident Co Baydeni, habelə konqresmenləri və onların ailələrini öldürməklə hədələyən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, ştat sakini 58 yaşlı Con Ahrens may ayından iyun ayına qədər yerli telekanal KOTV-yə (Newson6) bununla bağlı müsajlar yollayıb. O, mesajda bildirib ki, əgər ona pul ödənilməsə, o zaman prezident Co Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürəcək.  

Con Ahrens 18 iyun tarixində Tulsadakı evində saxlanılıb. Dindirilmə zamanı mesaj göndərdiyini etiraf edib.