Kraliça Co Baydeni Vindzor sarayında qəbul edəcək
    • 3-06-2021, 16:29
    • 510

Kraliça Co Baydeni Vindzor sarayında qəbul edəcək

Kraliça II Elizaveta ABŞ prezidenti Co Baydeni xanımı ilə birgə Vindzor sarayına dəvət edib.

News24.az xəbər verir ki, Bukingem sarayının mətbuat xidmətinin yaydığı məlumata görə, görüş iyunun 13-də baş tutacaq. Bildirilir ki, Co Bayden həmin tarixdə  “Böyük-7"liyin (“G-7”) sammiti çərçivəsində Britaniyada olacaq.

Bu həm də ABŞ prezidentinin ilk xarici rəsmi səfəri olacaq.