NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada - FOTOLAR
    • 23-06-2021, 17:58
    • 434

NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada - FOTOLAR

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib, NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.