Pakistanın yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏ OLUB
    • 20-06-2019, 16:54
    • 841

Pakistanın yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə SƏFƏRDƏ OLUB

Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin Xalq Respublikası HHQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.