Tünzalə Ağayeva səhnədən gedəcəyi vaxtı açıqladı
    • 15-07-2018, 10:00
    • 1 368

Tünzalə Ağayeva səhnədən gedəcəyi vaxtı açıqladı

Əməkdar artist Tünzalə Ağayeva maraqlı açıqlama edib.

İfaçı səhnədən nə zaman gedəcəyi barədə danışıb:

“Bir gün gələn bir gün gedər. Heç kim nə səhnəni nə də dünyanı tutub durmur. Amma dünyada və insanlıq tarixində qalan zamanında yaşanmış gözəl həyat və edilmiş sənətdir. 

Nə zaman hiss etsəm ki, müğənni və bəstəkar kimi özümü qane etmirəm o zaman da gedəcəyəm. Mən özümün ən böyük tənqidçisiyəm.
 
Mən hər zaman elə mahnılar yazıb ifa etmək iştəmişəm ki, məndən sonra səsim radiolardan eşidilsin. Üzüm görünməsə heç vaxt gündəmdə olmayacağamı düşünməmişəm”.

Teymur Məmmədov

//Xəzər Maqazin