Suqovuşanın azadlığına görə təltif edildilər - SİYAHI
    • 24-06-2021, 14:34
    • 863

Suqovuşanın azadlığına görə təltif edildilər - SİYAHI

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif ediliblər.