-
- 24-06-2021, 14:52
- 380
Sahələrdən yığılan məhsulun miqdarı açıqlandı
Respublikada taxıl biçini davam edir. İyunun 24-nə olan operativ məlumata görə, artıq 578250 hektar sahədə biçin başa çatıb. Sahələrdən 1832176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, bugünədək 321086 ha sahədə arpa, 257164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993115 ton arpa, 839061 ton buğda yığılıb.
Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 495 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 179315 ha, özəl kombaynlar ilə isə 398935 ha sahə biçilib.
Biçin davam edir.