Taxıl biçini yekunlaşır
    • 8-07-2019, 13:16
    • 1 004

Taxıl biçini yekunlaşır

Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, artıq ölkə üzrə taxıl sahələrinin 88,3 faizi biçilib. Ümumilikdə 897169 hektar ərazidə biçin aparılıb.

Bu sahələrdən iyulun 8-dək 2847162,4 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,7 s/ha, konkret buğda üzrə orta məhsuldarlıq isə 32,9 s/ha təşkil edir. Hazırda dağətəyi və dağlıq ərazilərdə biçin davam edir. Biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Afaq Mirayiq