Prezident İradə İbrahimovanın oğlunu da təltif etdi
    • 24-06-2021, 17:40
    • 700

Prezident İradə İbrahimovanın oğlunu da təltif etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarını medallarla təltif edib.

News24.az xəbər verir ki təltif edilənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın oğlu Tahir İbrahimov da var. O, ölkə başçısının göstərişi ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. 


Qürurverici hadisə ilə bağlı "Facebook" hesabında paylaşım edən İ.İbrahimova bunları yazıb: "Qarabağ Zəfərində şücaət göstərənlər Ali Baş Komandanımız tərəfindən təltif edilib. Onların arasında övladım da var. Oğlum da daxil, Vətənimin bütün şücaətli oğulları ilə QÜRUR duyuram! 
Var olun, Ali Baş Komandanımız! Bizləri bir daha qürurlandırdığınız üçün!"

Hisslərini News24.az-la bölüşən İradə İbrahimova statusuna əlavə olaraq bu fikirləri də dilə gətirib: "Əlbəttə, çox sevincliyəm. Həm Zəfər qazanan bir ölkənin vətəndaşı, həm də torpaqlarımızın azad olunmasında payı olan övladın anası olmaq çox qürurvericidir".