"Jara" tamaşaçısız keçəcək
    • 25-06-2021, 10:49
    • 748

"Jara" tamaşaçısız keçəcək

İlk dəfə Rusiyada keçirilən "Jara" beynəlxalq musiqi festivalında dəyişiklik edilib.

News24.az xəbər verir ki, bu il musiqili tədbir tamaşaçısız keçəcək. Qərara səbəb Moskva vilayətinin qubernatorunun koronavirusa görə məhdudiyyətlərlə bağlı fərmanıdır.

Festival tele-formatda çəkiləcək və Birinci kanalda yayımlanacaq.

Festivalı təşkilatçısı, Xalq artisti Emin Ağalarov tamaşaçıların aldığı həmin biletləri 4 aprel 2022-ci il (Crokus City Hall), 27-31 iyul 2022-ci ildə (Bakı) keçiriləcək mükafatlandırma mərasimlərinə, həmçinin, 2021-2022-ci ildə "Crocus City Hall"da keçiriləcək istənilən konsertə dəyişməyi təklif edib.