Faktiki hava
    • 27-06-2021, 12:40
    • 406

Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a erilən məlumata görə, iyunun 27-si saat 12:00-a ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.

İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, aran rayonlarında, Naxçıvan MR-da  42, dağlıq rayonlarda  31 dərəcəyədək yüksəlib. 

Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə  əvəz olunacaq.

İyunun 30-da havanın  temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.