-
- 27-06-2021, 15:39
- 494
Rusiyada əmək miqrantları koronavirusa qarşı peyvənd olunacaq
Rusiya Prezidenti Vladimir Putin ölkədəki əmək miqrantlarının koronavirusa qarşı vaksinasiyasının təşkil olunması barədə tapşırıq verib.
News24.az xəbər verir ki, Rusiya Prezidenti hökumətə iyulun 15-nə kimi ölkəyə işləməyə gələn xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan əcnəbilərin vaksinasiyasının təşkil olunmasını tapşırıb.
Dövlət başçısı hökumətə xarici ölkə vətəndaşlarının COVID 19-a qarşı peyvənd olunması üçün maliyyə mənbələrinin müəyyən ediləsi barədə də tapşırıq verib.
Qeyd edək ki, Rusiyada son iki həftə ərzində koronavirusla bağlı vəziyyət gərginləşib. Ölkədə gün ərzində koronavirusa yoluxma halı 20 mini ötüb. Hökumət ölkə əhalisini kütləvi şəkildə koronavirusa qarşı peyvənd olunmağa çağırıb. /apa.az