Uhanda işləyən alim koronavirusun yaranmasının səbəbini açıqladı
    • 28-06-2021, 09:52
    • 292

Uhanda işləyən alim koronavirusun yaranmasının səbəbini açıqladı

2019-cu ilin noyabr ayına qədər Çinin Uhan şəhərindəki Viroloji İnstitutunun laboratoriyasında işləyən virusoloq Daniel Anderson koronavirusun yaranması haqda iddia irəli sürülüb.

News24.az xəbər verir ki, o, "Bloomberg"ə verdiyi müsahibədə koronavirusun təbiətdə yarandığını bildirib. Buna baxmayaraq, D.Anderson SARS-CoV-2-nin laboratoriyada yaradılması variantını da inkar etmədiyini vurğulayıb. O, bu versiyanın inkar edilməsini sadəlövlük adıandırıb. 

Eyni zamanda viroloq tədqiqatçıların SARS-CoV-2-nin yayılma mənbəyini hələ dəqiq tapa bilməməsinə təəccüblənməyib. O qeyd edib ki, SARS-ın təbii törədicisini müəyyənləşdirmək təxminən on il çəkib.