Koronavirusun mutasiyası MÜSBƏT NƏTİCƏ VERDİ
    • 18-08-2020, 10:59
    • 800

Koronavirusun mutasiyası MÜSBƏT NƏTİCƏ VERDİ

Sinqapurun Beynəlxalq Epidemiyalar bölməsi koronavirusla bağlı vacib açıqlama edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur Universitetinin məsləhətçisi Pol Tambyah  SARS-a bənzər COVID-19-un mutasiyasından danışıb. Bildiirlib ki, D614G adlanan mutasiya, dünyada, xüsusilə Avropa və Amerikada ən çox yayılmış COVID-19 tipidir.

Tədqiqatçılar vurğulayıb ki, bu erkən mutasiya səbəbiylə COVID-19-un yayılma sürəti təxminən dörd dəfə artıb.

P.Tambyahın sözlərinə görə, bu mutasiya müsbət nəticə verib. D614G mutasiyasının bəzi bölgələrdə daha az insan ölümünə səbəb olduğu bildirilib.