Laçında hərbi yük avtomobili qəzaya uğradı - İki hərbçi həlak oldu
    • 28-06-2021, 19:35
    • 605

Laçında hərbi yük avtomobili qəzaya uğradı - İki hərbçi həlak oldu

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilir ki, "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.