Ağdamda 17 yaşlı qız ana oldu
    • 29-06-2021, 12:24
    • 545

Ağdamda 17 yaşlı qız ana oldu

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.
 
S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır.