-
- 29-06-2021, 14:53
- 2 006
"Azərbaycanlı məmurlardan biri zəng edib dedi ki…" - Zirəddin Rzayev - MÜSAHİBƏ
Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, kliniki psixoloq Zirəddin Rzayevlə həmsöhbət olduq.
Onunla koronavirus bəlasından, iqlim dəyişikliyi, zəlzələlər, intiharlar, itirəcəyimiz məşhurlardan tutmuş, zəng edib yardım istəyən məmurlara, hətta öz ölümünədək çox mövzulardan danışdıq. Nə dedi, necə proqnoz verdi, bunu
Zirəddin Rzayevin News24.az-a verdiyi müsahibəsindən biləcəksiniz.
- Ən son proqnozlarınızda demişdiniz ki, iyun-iyul aylarında Azərbaycanda koronavirusa yoluxanların sayında azalma olacaq və həqiqətən də elə oldu. Hazırda gündəlik yoluxma statistikası iki rəqəmlidir. Payıza doğru sizcə, yoluxma sayında artım olacaqmı?
- Bəli, artım olacaq. Bu, qaçılmazdır, eyni zamanda başqa virusların da olacağını proqnozlaşdırıram. Bu, koronavirusun mutasiyaya uğramış digər növü də ola bilər. Çünki süni yaradılmış bir virusdur. Tək bizdə deyil, dünyada payıza doğru xəstəlik artacaq, sonra yenə azalacaq və bu proses ən azı 10 il davam edəcək. Çünki belə qısa zamanda bu cür virusun tam yoxa çıxması mümkün deyil. Yeri gəlmişkən, mən 2017-ci ildə gələcəklə bağlı hər kəsin maskada gəzəcəyi haqda proqnoz vermişdim və elə də oldu.
- Hazırda dünyada peyvəndləmə prosesi gedir. Bəs, bununla necə, koronavirusun qarşısı alınmayacaq?
- Xeyr. Bilirsiniz ki, təbii yolla yoluxanlarda ölüm sayı nisbətən daha azdır. İndi kimi dindirsən deyəcək ki, bu xəstəliyə mən də yoluxmuşam, amma ölənlərin arasında tanışlarımız azdır. Yəni sağalanların sayı ölənlərdən çoxdur. Ölənlər daha çox əlavə xəstəliklərdən əziyyət çəkənlərdir. Peyvənd yüz faiz insanları qorumalıdır. Amma elə insanlar da var ki, dediyim kimi, əlavə xəstəliklərdən əziyyət çəkir, peyvənd olunur və ölür. Demək istədiyim odur ki, təbii yolla koronavirusa yoluxanlar, elə təbii yolla ya sağalır, ya da ölür, eyni şəkildə də peyvənd olunanlar. Adətən görmüşük ki, insana bir dəfə peyvənd vurular və bununla da problem həll olunar. Amma indi bizə deyirlər ki, hər gün virus mutasiyaya uğrayır və dəyişir. O zaman belə çıxır ki, biz hər dəfə peyvənd olunmalıyıq? Məntiq yoxdur. Onu da deyim ki, koronavirusa qarşı peyvənd olunanlarda altı ay antitel yaranır. Altı aydan sonra o yavaş-yavaş azalır və bitir. Təbii yolla xəstələnənlərdə də eyni vəziyyətdir. Əgər kimsə mənə desə ki, sənə peyvənd vurduracağıq, onun da ömrü məsələn iki il olacaq, mən gedib onu edərəm. Amma altı aya görə peyvənd vurdurmaram. Rusiyada tanıdığım yüzlərlə insan var ki, peyvənddən sonra ölüb. Bir sözlə, koronavirusun peyvəndi yoxdur. Nəticədə insanlar hər altı aydan bir peyvənd olunmaqdan yorulacaq və süni krizis yaranacaq. Hazırda insanlar iki yerə bölünüb. Peyvəndi etdirən və etdirməyən. Onu dəstəkləyən və dəstəklənməyən. Gələcəkdə dünyanı çox böyük bir krizis gözləyir, hətta deyərdim ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq. Peyvənd vurduranlar vurdurmayanları buna görə günahlandıracaq. Bu krizisin sonu necə bitəcək, onu bir Allah bilir. Mən peyvəndin ələyhinə deyiləm, amma bir mənasını da görmürəm.
"İki məşhuru itirəcəyik, adları..."
- 2021-ci il Azərbaycan mədəniyyəti və incəsənəti üçün çox ağır keçdi. Bir çox sənət adamı məhz koronavirus bəlasından dünyasını dəyişdi. Proqnozlar nə deyir, məşhur simalardan yenə də kimisə itirəcəyik?
- Bu il daha iki məşhur insanın da vəfat edəcəyini görürəm. Bir qadın və bir kişi dünyasını dəyişəcək. Məşhurlardan biri Azərbaycan mədəniyyəti üçün çox ağır itki olacaq, amma digəri bir o qədər də yox.
- Pandemiya dövründə tanınmışlardan sizə müraciət edən oldumu? Oldusa, daha çox nədən xəbər verməyinizi istəyirdilər?
- O qədər...(gülür) Son zamanlar çox sayda tanınmışlar mənə zəng edib soruşur ki, peyvənd etdirək, ya yox? Ya da etdirəndən sonra soruşurlar ki, "bax, gör, bunun qorxusu varmı?" Deməyim odur, çox müraciətlər olub. Aralarında tanınmış insanlar, ziyalılar, həkimlər var. Rusiyadan azərbaycanlı professorlar zəng edib fikirlərimi öyrənirdilər. Əlbəttə, bir də sənət adamları... Müğənnilərin çoxu mənə müraciət edirdi. Bilirsiniz ki, çoxu pandemiya dövründə Moskvaya gəlmişdi. Hamısı da toyların nə vaxt açılacağı ilə bağlı suallar soruşurdular.
- Sizə müraciət edənlər arasında məmurlar da varmı?
- Var. Azərbaycandan kənarda yaşayan məmurlardan biridir, təbii ki, adını çəkməyəcəm. Ona nə demişdimsə, hamısı oldu.
- Nə demişdiniz ki?
- Onun öyrənmək istədiyi məsələ peyvəndlə bağlı idi. Mən də cavabladım. Haqlı da çıxdım.
- Siz həmçinin Azərbaycanda zəlzələlərin olacağını da proqnozlaşdırmışdınız...
- Bəli, 2021-2022-ci illərdə Azərbaycanda zəlzələ olacaq, amma çox böyük və ciddi təlafatlar olmayacaq. Bilirsiniz, mən ümumiyyətlə Azərbaycanla bağlı proqnoz verməkdən çəkinirəm. Çünki insanlar bunu birmənalı qarşılamır. Hətta bəzi dırnaqarası ziyalılar fikirlərimə görə məni tənqid, təhqir edirlər. Mən demişəm ki, Azərbaycanda zəlzələ olacaq, amma deməmişəm ki, Azərbaycan dağılacaq. Bunlar fərqli-fərqli şeylərdir. Paytaxt və paytaxtətrafı yerlərdə zəlzələ olacağını düşünürəm, amma fəlakət olmayacaq.
- Son zamanlar ard-arda baş verən intiharlar da cəmiyyəti ən çox narahat edən məsələlərdən birdir. Bununla bağlı nə proqnozlaşdırırsız?
- Bu mövzu barədə daha çox psixoloq kimi fikimi bildirmək istərdim. Hesab edirəm, təhsilim də buna imkan verir. İnsanlarda iqtisadi problemlər yarananda, yaşamaq həvəsi də azalır. Bu zaman onlar özlərini lazımsız hiss edirlər, inamları azalır. Məncə, ailələrdə yaranan problemin doxsan beş faizi maddi problemlərlə bağlıdır. Yəni depressiyanın, intiharların kökündə çox zaman pulsuqluz dayanır. Adətən intihar edənlərin çoxu ehtiyaclı təbəqənin adamları olur. Düzdür, sevgi, məhəbbət, xəyanət mövzularında da bu cür hallar yaşanır, amma daha çox dediyim problemlər üzündən bu hallarla rastlaşırıq. O qədər atalar görmüşəm ki, oğluna imkan yaradı bilmir, ya da qızına cehiz ala bilmir, nəticədə özünü asır.
- Bu yay Azərbaycanda əvvəlkindən daha isti və anomal şəkildə özünü biruzə verir. Sizcə, bu qlobal istiləşmənin fəsadları ola bilərmi?
- Dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da hər kəs yaşamaq üçün paytaxtı seçir, amma mən kənd həyatını daha çox sevirəm. Öz-özümə analiz edirəm və heç də yaxşı şeylər görmürəm. Artıq indidən iqlimlə bağlı böyük problemlər başlayıb. Sizə bir əhvalat danışım. Bir dəfə Türkiyədə olanda paraşuta mindim və dəniz üzərində səyahət elədim. Endiyimdə isə bir türk məndən soruşdu ki, “tısbağanı görə bildin?”. Cavabımda söylədim ki, tısbağanı görmədim, amma dənizin üzərində çirkabı gördüm. Hazırkı istiləşmə də təbii haldır. Tarixdə belə hallar olub, amma ümumilikdə təbiətin vəziyyəti ağır və gərgindir. 10 xaldan 3 verə bilərəm. Biz insanlar dünyanın axırına gəlmişik, daha doğrusu, dünyanın sonunu gətirmişik.
- Proqnozlarınız çox pessimistdir. Yəni dünyanın heçmi nicatı, müsbət yöndə inkişafı yoxdur?
- Bütün görücülərin əsas işi insanlara öncədən xəbərdarlıq etməkdir. İnsanlar da gərək bütün ürəkləri ilə Allaha sığınsınlar. Bu dünya bir imtahandır, burda da ürək açan heç nə yoxdur. İmtahan sözünün anlamı kədər, qorxudur. Mən özüm namaz qılmıram, dindar deyiləm, amma Allahıma çox bağlıyam. Bu da mənim üçün yetərlidir. Bəzi kirayədə yaşayan insanlar hər zaman ev almağı arzu edirlər, amma anlamırlar ki, bu həyatın özü elə kirayədir. Biz ömrümüzün sonuna qədər kirayədə yaşayırıq. Nə qədər evin, var dövlətin olsa da, nəticədə öləcəksən, özünlə heç nəyi apara bilməyəcəksən. Yəni, müvəqqəti həyatın özü kədərlidir.
"Haqqımda deyirlər, yaxşı baxıcıdırsa, başından tük çıxarsın, keçəl olmasın"
- Zirəddin bəy, siz bir çox insanların həyatları barədə ciddi proqnozlar vermisiniz. Bəs, özünüz, öz həyatınızın sonu ilə bağlı nə görürsünüz?
- Bəzən deyirlər ki, görücü öz həyatını görə bilməz. Bu, yalan və bəhanədir. Görücü öz həyatını görə bilmirsə, başqasınınkini necə görə bilər?! Mən illər öncə 2009-cu ildə vəfat edəcəyimi görmüşdüm. O zamandan hər gün Allaha yalvarıram ki, ömür möhləti ver, balalarıma bağışla. Allah duaları eşidəndir. Bu yaxınlarda möhkəm xəstələnmişdim. Müalicə üçün Rusiya, Türkiyə, İsrail o yer qalmadı ki, getməyim, amma dərdimə çarə tapılmadı. Bir gün itimlə gəzməyə çıxdım. Ağlaya-ağlaya Allaha yalvarırdım, dua eləyirdim ki, mənə bir yol göstər. Üstündən çox keçmədi ki, Azərbaycanda xəstəliyimi sağaldan bir həkim tapıldı. Desəm, bəlkə də çoxları inanmayacaq, amma məni üç günə telefonla sağaltdı. Daha sonra lap bu yaxınlarda maşınımı bir klinikanın qarşısında saxlayıb xəstəxaya girdim, 2-3 dəqiqə sonra administrator gəldi dedi ki, avtomobilinizi vurdular. Mən bu hadisəni gülərək qarşıladım, çünki öncədən belə olacağını bilirdim. Maşınımı elə yerdə saxlamışdım ki, orda vurulması mümkün deyil, amma oldu. Yəni köklənəndə özümlə bağlı məqamaları da görə bilirəm. Amma gücümü işə salmasam, məni aldatmaq çox asandır. Hətta dəfələrlə uşaq kimi aldadıblar da. Yenə deyirəm, gücümü işə salanda. Çünki bu yöndə düşünməli, gücümü yönəltməliyəm. Bəzən mənə yazırlar ki, görücüdür, elə eləsin ki, başından tük çıxsın, keçəl olmasın. Bu cür insanlar intellektdən çox uzaqdır, onlara yazığım gəlir. Gərək insanda intellekt, ağıl olsun ki, bunu necə gördüyümü anlaya bilsin. Bəziləri mənə, əstəgfrüllah, Allah kimi baxır, bəziləri isə şarlatan. Ortaq məxrəci dərk etmək üçün gərək insanın intellekti, təhsilı olsun.
"Prezidentlərlə işləyən şəxslər bunu ictimailəşdirməməlidir"
- Sizin haqqınızda həm də deyirlər ki, Putinin şəxsi ekstrasensisiniz. Bəs, bu nə dərəcədə doğrudur?
- Bəzi görücülər açıq-aydın ad çəkirlər. Deyirlər ki, filan ölkənin prezidentinin yanında oldum. Amma məncə, bu, düzgün addım deyil. Prezidentlərlə işləyən şəxslər bunu ictimailəşdirməməlidir. Mən yanıma gələnlərin, müraciət edənlərin kimliyini, sirrlərini heç vaxt açıqlamıram. Özəlliyim, kişiliyim, peşəkarlığım buna imkan verməz.