“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” - Lavrov
    • 30-06-2021, 18:53
    • 545

“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” - Lavrov

“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”. /APA/