Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edildi
    • 1-07-2021, 12:06
    • 533

Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edildi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının  tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Səlimov Elşad Tofiq oğlunun –  ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Elşad Səlimov barəsində beynəlxalq axtarış elan edilib. 

Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Elşad Səlimov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir.