İsrail süni ət istehsalına başlayır - Gündəlik 500 kiloqram
    • 2-07-2021, 11:09
    • 360

İsrail süni ət istehsalına başlayır - Gündəlik 500 kiloqram

İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye xətti istifadəyə verilib.

News24.az "Bloomberg"-ə istinadən xəbər verir ki, "Future Meat Technologies" şirkətinin gündə 500 kiloqram sintetik ət istehsal edəcək. Bu, üç min orta ölçülü hamburgerin hazırlanması üçün kifayətdir. 

Şirkət mütəxəssisləri bildiriblər ki, yeni metod böyük ərazilər tələb etmir və eyni zamanda ənənəvi heyvandarlıq üçün lazımlı qaynaq olan suyun qənaətinə imkan verir.

Sintetik ətin digər bir üstünlüyü ondan ibarətdir ki, onun istehsalı heyvan yetişdirmək və kəsməkdən iyirmi dəfə az vaxt aparır.