-
- 2-07-2021, 13:18
- 417
Azərbaycan “Türkovac”ı əldə edə bilər
“Türkiyənin “Türkovac” vaksininin Azərbaycanda 3-cü faza tədqiqatı həyata keçiriləcək”.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev həmin layihəyə rəhbərlik edir. Bu araşdırmalar Türkiyə tərəfi ilə birgə aparılır: “Ölkədə “Türkovac”ın üçüncü klinik faza tədqiqatları həyata keçiriləcək. Bu tədqiqatlar uğurlu olsa, həm qardaş ölkə olduğuna görə, həm də üçüncü faza tədqiqatları apardığına görə ölkəmiz həmin vaksinləri daha rahat əldə edəcək”. /APA/