-
- 3-07-2021, 13:03
- 768
Reza Deqati Fransadakı konfransda QARABAĞDA ÇƏKDİYİ fotolardan danışdı - FOTO
Fransanın Pontuaz şəhərində “Baxış Festivalı” (Festival du regard) çərçivəsində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub.
News24.az xəbər verir ki, konfransda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, azərbaycanlı diplomatlar, eləcə də Pontuaz şəhərinin rəhbərliyi, sakinləri, fotosevərlər iştirak ediblər.
Reza Deqati Qarabağda çəkdiyi seçilmiş fotoları təqdim edərək, hər fotonun tarixçəsi haqqında məlumat verib. O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən danışaraq bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist göndərilib. Belə bir ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri əbədiləşdirməyə qərar verib.
Birinci Qarabağ müharibəsi, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri göstərib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.
Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan eləməsindən söz açıb. Erməni mərmisinin qurbanı olmuş 7 yaşlı qızcığazın şəklini təqdim edərkən, onun atasının sözlərini xatırladaraq özü də qəhərlənib, konfrans iştirakçılarını da qəhərləndirib.
Reza Deqatinin məşhur fotolarından biri də Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açması əks olunub. Bu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans zalının qarşısında “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) adlı fotoalbomun satışı təşkil olunub.
Fotoqrafın seçmə şəkillərindən ibarət sərgi insanların sıx olduğu dəmiryol vağzalının həyətində təşkil edilib. Sərgidə onun Azərbaycandan çəkdiyi fotolar da yer alıb.