Almaniyada azərbaycanlı qətlə yetirildi
    • 5-07-2021, 09:06
    • 448

Almaniyada azərbaycanlı qətlə yetirildi

Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.

Qreven şəhərinə yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır. /Report.az/