Şuşada döyüş sursatları aşkar edildi - Foto
    • 5-07-2021, 11:00
    • 424

Şuşada döyüş sursatları aşkar edildi - Foto

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.