İdman-Azərbaycan kanalının aparıcısı Azərbaycan çempionu oldu
    • 7-11-2018, 12:40
    • 3 505

İdman-Azərbaycan kanalının aparıcısı Azərbaycan çempionu oldu

Aparıcı və bodibilder Fuad Quluzadə növbəti dəfə Azərbaycan çempionu olub.

O, bu uğura həm öz çəkisində, həm də mütləq çəkidə nail olub.
Fuad Quluzadə 12 may 1985-ci ildə Bakıda dünyaya gəlib. Gənc yaşlarından idmana marağı olan Quluzadə, sərbəst güləş ilə məşğul olub və hətta Azərbaycanın sərbəst güləş üzrə gənclərdən və yeniyetmələrdən ibarət milli komandasının üzvü olub.
Ciddi zədədən sonra güləşdən uzaqlaşan Quluzadə 2007-ci ilə ABŞ-a köçmüş, 2009-cu ildən bodibildinq ilə məşğul olmağa başlayıb. Quluzadə 2012-ci ildə vətənə döndükdən sonrada bodibildinqə davam edir.
Hazırda Fuad Quluzadə Azərbaycan televiziyasının və İdman Azərbaycan kanalının aparıcı redaktorudur.