"Koronavirusun turizmə mənfi təsiri olacaq" -Kənan Quluzadə
    • 27-02-2020, 11:38
    • 663

"Koronavirusun turizmə mənfi təsiri olacaq" -Kənan Quluzadə

"Dünya üzrə səyahətlərin azalması prosesi gedir. Insanlar artıq hər hansı ölkədən deyil, regionda koronavirus olduqda həmin bölgəyə getməkdən çəkinirlər. 

News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycana da təsir edəcək: "Vəziyyət gündən-günə dəyişir. Artıq Gürcüstanda koronavirus aşkarlanıb. Bundan əvvəl isə Iran, Italiya və digər ölkələrdə aşkarlanıb". 

K.Quluzadə qeyd edib ki, ölkələr artıq sərhədlərini də bağlayırlar. Buna görə də virusun turizmə təsirinin rəqəmlərlə demək tezdir: "Lakin bizim krisizlə bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə korreksiyalar edirik. Bu ilin birinci yarısı üçün Çinlə ciddi layihələrimiz vardı. Onlar indi həyata keçirilmədiyi üçün səylərimizi digər bazarlara yönəldəcəyik. Bizim 2018-2023-cü illər üzrə konsepsiyamız ondan ibarət idi ki, bazarların coğrafiyasını genişlındirək, hər hansı bazarda problem yarandıqda digərləri ilə işləyək. Biz düşünürük ki, koronavirusun turizmə mənfi təsiri olacaq. Amma necə olacağını hadisələrin gedişatından və verilən qərarlardan görəcəyik.

Afaq Mirayiq