Test imtahanı üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
    • 6-07-2021, 11:49
    • 376

Test imtahanı üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 14:00-dan etibarən qəbul olunacaq.