“Bakı göz yaşlarına inanmır” - VİDEO
    • 6-07-2021, 12:51
    • 1 212

“Bakı göz yaşlarına inanmır” - VİDEO

Müğənni Murad Arif "Bakı göz yaşlarına inanmır" adlanan yeni mahnısını və ona çəkilmiş klipini təqdim edib.

News24.az xəbər verir ki, mahnının sözləri və musiqisi sənətçinin özünə, aranjimanı isə Emin Karimə(STKHA) məxsusdur. Ekran işinin rejissorluğunu isə Emin Mehdiyev edib. Klip sənətçinin rəsmi "YouTube" kanalında yayımlanıb. Murad nəğmə və klipin mövzusunun riyakarlıq və xəyanət haqqında olduğunu qeyd edib.

Qeyd edək ki, bu Murad Arif ilə "RÄNG" leyblinin birgə ərsəyə gətirdiyi növbəti işdir.