-
- 6-07-2021, 14:51
- 471
Ehtiyata buraxılan hərbçilərin yola salınması mərasimi keçirildi - FOTOLAR
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda həyata keçirilir.
Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bununla əlaqədar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına 2016-cı ilin aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş olunduqdan sonra döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.
Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq nümunələri göstərərək doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, xidmətini başa vurmuş əsgərlər silah və zirehli gödəkçələrini döyüş növbətçiliyinə yeni daxil olmuş əsgərlərə təhvil verərək onlara bu yolda uğurlar və qələbə sevinci arzulayıblar.
Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.
Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə təltif olunanlara medallar, xidmətdə fərqlənən hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin sonunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması münasibəti ilə qurbanlar kəsilib.