Bu ölkə koronavirus mutasiyalarının mərkəzinə çevrilə bilər
    • 6-07-2021, 17:04
    • 457

Bu ölkə koronavirus mutasiyalarının mərkəzinə çevrilə bilər

İngiltərə koronavirusun yeni mutasiyalarının mərkəzinə çevrilə bilər.

News24.az xəbər verir ki, bu barədə həkim Hilari Cons xəbərdarlıq edib. Onun sözlərinə görə, ölkə hökuməti əhalini peyvənd etmək proqramına həddən artıq etibar edir. Lakin mütəxəssis virusla mübarizə üçün digər tədbirlərə ehtiyac olduğunu vurğulayıb: "Hər kəs peyvəndin kömək etdiyini deyir. Bu həqiqətən kömək etdi və ağır, ölümcül halların sayı əhəmiyyətli dərəcədə azaldı. Amma biz sadəcə koronavirusun alfa versiyası ilə mübarizə aparsaydıq yaxşı olar. İndi ölkədə yoluxulucuğu yüksək olan delta variantı yayılıb".