Koronavirusla bağlı Çinə beynəlxalq yardım edildi
    • 3-02-2020, 12:06
    • 1 001

Koronavirusla bağlı Çinə beynəlxalq yardım edildi

Çin artıq 11 ölkə və UNİCEF-dən yeni növ koronavirusla mübarizə üçün yardım alıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin məlumat verib:"Çində yeni növ koronavirusun yayılmasından bəri bir sıra ölkələr Çini müxtəlif yollarla dəstəklədiklərini bildiriblər.  2 fevral günorta saatlarına qədər Cənubi Koreya, Yaponiya, İngiltərə, Fransa, Türkiyə, Pakistan, Qazaxıstan, Macarıstan, İran, Belarusiya, İndoneziya və UNİCEF-dən epidemiyanın qarşısının alınması və nəzarət üçün mal şəklində Çinə kömək gəlib".

Onun sözlərinə görə, Çinin indi dərman, qoruyucu geyim, eynək və maskaya ehtiyacı var.