-
- 6-07-2021, 17:21
- 457
Mirsalam Qənbərov: "Bu orqanlar vəzifələrini lazım olan səviyyədə icra etmirlər"
"Tullantıların idarə olunmasında bizdə hələ də problemlər var. Ancaq əvvəlki illərə nisbətən müsbətə doğru dəyişiklik müşahidə edirik. Hədəfə isə tam çatmamışıq".
News24.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, tullantıların idarə olunması üçün qanunvericilik bazası var: "Müvafiq İcra Hakimiyyəti orqanları və bu sahə ilə məşğul olan təşkilatlar öz vəzifələrini lazım olan səviyyədə yerinə yetirmirlər. Tullantıların saxlanılması üçün növlər üzrə qablar və konteynerlər şəhərin bir çox yerinə qoyulur. Tullantı əvvəlcə orada növlərə bölünür, daha sonra isə emal sahələrinə vaxtında göndərilməlidir. Qanunsuz tullantı məntəqələri olmamalıdır".