Türkiyənin Ədliyyə Akademiyasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış oldu
    • 7-07-2021, 17:59
    • 353

Türkiyənin Ədliyyə Akademiyasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış oldu

Türkiyə Respublikasının Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə  tanış olub.

News24.az xəbər verir ki, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması tarixi, məqsədləri və qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri müasir tələblərə cavab verən sosial innovasiyalardan istifadə etməklə vətəndaşlara operativ, şəffaf və səmərəli dövlət xidmətləri göstərir. Vətəndaşlara xidmət prosesi ilə əyani  tanış olan qonaqlar bir çox ölkələrdə “vahid pəncərə” prinsipi ilə çalışan qurumların fəaliyyət göstərməsinə baxmayaraq “ASAN xidmət”in vətəndaş rahatlığı və məmnunluğu baxımından bir inqilab etdiyini bildiriblər.
 
Görüş zamanı qonağa Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu barədə də məlumat verilib. 

Qonaqlar, həmçinin “ASAN xidmət”də könüllülük fəaliyyəti ilə də tanış olublar.