-
- 7-07-2021, 19:00
- 1 227
Mədəniyyət naziri Tbilisidə Cəlil Məmmədquluzadənin ev muzeyində - Fotolar
Xəbər verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfərdədir. Nazir səfər çərçivəsində Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti ilə tanış olub.
News24.az xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10 ailə yaşayır.
Muzey binasının möhkəmləndirilməsi, bərpası, təmiri və bədii tərtibatına ilə bağlı müzakirələr aparılıb. Anar Kərimov muzeyin bərpası, eksponatların yenilənməsi məsələsinin diqqət mərkəzində saxlanılacağını bildirib.
Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub. Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Anar Kərimov Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət edib.
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət ediblər, məzarlar üzərinə gül dəstələri qoyublar.
***
Səfər çərçivəsində mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Tbilsinin mərkəzindəki Gürcüstan Dövlət Muzeyində olub.
Muzeyin baş direktoru David Lordkipanidze muzeyin tarixi, burada saxlanılan eksponatlar barədə Azərbaycanın mədəniyyət nazirinə ətraflı məlumat verib.
Bildirilib ki, ilk dəfə 1853-ci ildə "Qafqaz Muzeyi" kimi fəaliyyət göstərən muzeydə xeyli sayda eksponat saxlanılır.
1905-ci ildə tikintisinə başlanılan müasir muzey kompleksinin tikintisi xeyli müddət müxtəlif səbəblərdən dayandırılıb.
1926-cı ildə tikintisi başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində 14 muzey və kompleks fəaliyyət göstərir.
Bu gün Akademik Simon Canaşiya adına Gürcüstan Dövlət Muzeyində Azərbaycan mədəniyyətini, incəsənətini, qədim tarixini əks etdirən eksponatlar nümayiş etdirilir.
Nazir Anar Kərimov muzeylə tanış olub, Azərbaycan və Gürcüstanın dövlət və milli muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinin vacibliyini qeyd edib.
Bildirib ki, birgə əməkdaşlıq sayəsində qədim Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini dünyaya çatdırmaq olar.
Görüşlərdə Azərbaycanın Gürücstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.
***
Gürcüstanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.
Nazir mədəniyyət ocağının yerləşdiyi binanın vəziyyəti və fəaliyyəti ilə tanış olub.
Bədii rəhbər kollektivin il ərzində 3-4 tamaşanı səhnələşdirdiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.
Anar Kərimov teatrın səhnələrinə, rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.
Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni, sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.
Nümayəndə heyəti daha sonra teatr üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında, Qorgosali küçəsində Azərbaycan teatrı üçün yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir “Socar Energy Georgia” şirkətinin dəstəyi ilə hazırlanan yeni tikilinin layihəsi ilə tanış olub. Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.
Daha sonra nazir Anar Kərimov və səfir Faiq Quliyev dahi bəstəkar və müğənni, Xalq artisti Bülbülün büstünü ziyarət edib, gül dəstələri düzüblər.
A.Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət ediblər.